Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
10.01.2018

 

Bakı Fond Birjası ilə Belarus Valyuta-Fond Birjası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Ölkəmizdə ixracyönümlü məhsullar istehsal edən şirkətlər fevralın 23-25-də Xorvatiyada keçiriləcək «Viroexpo 2018» adlı beynəlxalq iqtisadi, peşə və kənd təsərrüfatı sərgisində iştiraka dəvət olunublar.

Azərbaycanın təbii qazını Avropaya daşıyacaq «Trans-Adriatik»(TAP) qaz boru kəməri marşrutunun 72 faizdən çoxunda borular xətt boyunca düzülüb.

ABŞ-ın məşhur «USA today» informasiya agentliyinin yaydığı məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı ilk yerlərdən biri kimi qeyd olunub.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları yanvarın 30-da Tehranda keçiriləcək yemək sənayesi və yuyucu vasitələr, sanitariya, kosmetika, sellüloz sənayesi və onunla əlaqəli olan sənaye sahələrinin ilk ixtisaslaşdırılmış beynəlxalq sərgisində iştirak edəcəklər.

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini 2017-ci ilin dekabr ayında da yerinə yetirib.