Vergiler.az

Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
27.12.2017

 

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən artırılaraq 130 manat müəyyən edilib.

Mərkəzi Bankın məlumatına görə, bu il noyabrın 1-dək ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12.152,2 milyon manat təşkil edib.

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbay­canda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,0 faiz artaraq 7532,5 milyon manat olub.

Dekabrın 25-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 300 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,17% təşkil edib.