Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
26.12.2017

 

Prezident İlham Əliyevin fərmanı ilə «Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında» Qanun təsdiq olunub.

Dövlət başçısı «Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında» fərman imzalayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası «MoneyPolo» pulköçürmə sis­te­minin Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni formada pulköçürmələr həyata keçirdiyini, bunun çirkli pul­ların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm va­si­tə olduğunu müəyyən etdiyi üçün onun ölkədə fəaliyyətini dayandırıb.

Azərbaycan ilə Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalara dair tariflər müəyyən edilib.

Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir.

Azərbaycanın paytaxtı Bakı şəhəri MDB dövlətləri arasında Yeni il bayramı ərəfəsində rus turistlərin ən çox istirahət edəcəyi ikinci şəhər sırasındadır.

«Gəncə Avtomobil Zavodu» İstehsalat Birliyi ilə Çexiyanın «Tatra» şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.