Vergiler.az

Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
19.12.2017

 

2017-ci ilin yanvar-noyabr aylarında:

Ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 43 milyard 389,9 milyon manata çatıb.

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 504.234.798 milyon manat sığorta haqqı toplanıb.

«Azexport.az» portalına 71 ölkədən 444.6 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub.

Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac

1 milyard 387 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1824 subyekt iştirak edib.

Ölkədə ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,2% artaraq 1 milyard 204,3 milyon manata çatıb.

Kompüter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 188,7 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü  ilə müqayisədə müvafiq olaraq 28,5% və 50,1% artım deməkdir.

Rabitə xidmətlərindən əldə edilən gəlirin 50,2%-i mobil telefon rabitəsinin payına düşüb.