Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
19.12.2017

 

Gürcüstanda «Azərbaycan Ticarət Evi»nin açılması planlaşdırılır.

«Azexport.az» portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya, Türkiyə, Ukrayna, Hindistan və ABŞ kimi ölkələrin adı yer alıb.

Noyabr ayında nara və ondan istehsal olunan məhsullara xarici sifarişlərin artdığı müşahidə edilib.

Dekabrın 24-25-də  Rusiya Federasiyasının Arxangelsk vilayətindən Azərbaycana biznes missiyasının gələcəyi gözlənilir.

Dekabrın 18-də Azərbaycanın Çexiyadakı səfirliyində Gəncə avtomobil zavodu ilə Çexiyanın «Tatra» şirkəti arasında bu şirkətə məxsus yük maşınlarının ölkəmizdə istehsalı barədə əməkdaşlığa dair Memorandum imzalanıb.

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası daha dörd ölkənin banka üzvlük müraciətinə müsbət cavab verib.

İqtisadiyyat və biznes sahəsində «UĞUR» Milli Mükafatının 2017-ci il üzrə təqdimetmə mərasimində «Made in Azerbaijan» brendinin təşviqində verdiyi töhfəyə görə «Patent və Əmtəə Nişanları Mərkəzi» publik hüquqi şəxsi bu mükafata layiq görülüb.