Vergiler.az

Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
12.12.2017

 

Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il  dekabr ayının 1-nə 5 mlrd. 254,2 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 243,2 mln. dollar və ya 30,99% çoxdur.

Bu ilin on bir ayı ərzində Azərbaycana 2 milyon 477 min 908 nəfər xarici ölkə vətəndaşı gəlib.

Ölkəmizdə fəaliyyət göstərən bankların oktyabrın 31-nə cəmi aktivləri 26,311.6 milyon manat, cəmi öhdəlikləri isə 23,216.6 milyon manat təşkil edib.

Cari ilin yanvar-oktyabr ayları ərzində xarici ölkə vətəndaşları Azərbaycanda bank kartları vasitəsilə 871 mln. 597,845 min manat əməliyyat aparıblar.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası yeni qeydiyyatdan keçmiş 300-dən çox dərman vasitəsinin qiymətini müəyyənləşdirib.