Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
12.12.2017

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunda 2016-cı il üzrə Ha­si­lat Sənayesində Şəffaflıq Hesabatının yekun versiyası təqdim edilib.

Dünya Enerji Şurasının 2017-ci il üçün tərtib etdiyi «energetika trilemmasının indeksi»ndə Azərbaycan  Cənubi Koreya, Avstraliya, Çin, Rusiya Federasiyası kimi ölkələri geridə qoyaraq, Yaponiyadan sonra 31-ci yerdə qərarlaşıb.

«Azərkosmos» ASC beynəlxalq sertifikasiya üzrə aparıcı qurum sayılan «Bureau Veritas» tərəfindən keçirilən sertifikatlaşdırma auditinin nəticələrinə əsasən İnformasiya Təhlükəsizliyi Standartı - ISO 27001 sertifikatına layiq görülüb.

Ölkə banklarının balansında olan qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlər yaradılır.

Dekabrın 18-də Bakıda «Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi» mövzusunda birhəftəlik təlim keçiriləcək.

Azərbaycan və Gürcüstan arasında gömrük prosedurlarına dair bəzi sənədlər yenidən hazırlanacaq.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) və «Bank Silk Way» ASC arasında imzalanmış üçtərəfli anlaşma memorandumuna əsasən, nar və nar məhsulunun dünya bazarında tanıdılması və ixrac miqyasının genişləndirilməsi məqsədilə təbliğat kampaniyası gücləndiriləcək.