Vergiler.az

Xəbərlər / Vergi ödəyiciləri məlumatlandırılır

Vergi ödəyiciləri məlumatlandırılır
06.12.2017

 

Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinin (ƏVD) əməkdaşları ilə Azərbaycan Texnologiya Universitetinin müəllim və tələbələrinin görüşü olub.  ƏVD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin direktoru Rauf Mirzəyev tədbirdə görüş iştirakçılarına vergi sistemində aparılan islahatlar, vergi ödəyicilərinə göstərilən yeni xidmətlər, şəffaf vergi partnyorları ilə tərəfdaşlıq haqqında ətraflı məlumat verib. Vergi ödəyicilərinin qeydiyyatı ilə bağlı yeniliklər, respublikamızda keçirilən ticarət festivalları, «Tax free» rejimi, nağdsız hesablaşmalar, sadələşdirilmiş vergi üzrə sabit məbləğin tətbiqi vəziyyəti və digər məsələlər barədə məlumatlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Görüş zamanı universitetin müəllim və tələbələrinin təklif və müraciətləri dinlənilib, sualları cavablandırılıb.