Vergiler.az

Xəbərlər / Kiçik və orta sahibkarlıqla bağlı müzakirələr aparılır

Kiçik və orta sahibkarlıqla bağlı müzakirələr aparılır
06.12.2017

 

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi üzrə müzakirə aparılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, nazirliyin əlaqələndiricisi olduğu «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»nin icra vəziyyəti üzrə keçirilən iclasda qarşıya qoyulmuş tapşırıq və tövsiyələrin yerinə yetirilməsi barədə hesabat məruzələri dinlənilib.

İclasda sözügedən Strateji Yol Xəritəsi üzrə tədbirlərin, xüsusilə də 2017-ci ildə icra müddəti başa çatan tədbirlərin prioritetliyi nəzərə alınaraq, cari ilin 1-ci yarımilliyi üzrə icra vəziyyətinin qiymətləndirilməsinə dair İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ümumiləşdirilmiş hesabatlarında verilmiş tövsiyələr bir daha müzakirə edilib, görülməsi tələb olunan işlərə və gözlənilən nəticələrə dair fikir mübadiləsi aparılıb.

Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tapşırıqların icra vəziyyətinin nazirlik üzrə aidiyyəti əlaqələndirici struktur bölmələrin və icraçıların iştirakı ilə müzakirəsinin aparılması tədbirləri davam etdirilir.