Vergiler.az

Xəbərlər / Konservativ siyasət davam etdiriləcək Mi

Konservativ siyasət davam etdiriləcək Mi
29.11.2017

lli Məclisin plenar iclasında «2018-ci il dövlət büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, manatın məzənnəsinin sabitliyi gələn il də diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq. Qeyd edilib ki, cari ildə strateji ehtiyatlar 12 faiz, Mərkəzi Bankın ehtiyatları 31 faiz artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib: «Hazırda bank aktivlərinin 20 faizdən çoxunu likvid aktivlər təşkil edir. Kredit portfelində aktivlik müşahidə olunmur. Mərkəzi Bankın sterilizasiya alətlərinə ehtiyac çoxdur».