Vergiler.az

Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
29.11.2017

 

Bu ilin sentyabr ayında Türkiyə Azərbaycandan 519 milyon kubmetr təbii qaz idxal edib və nəticədə respublikamız qardaş ölkənin ən çox təbii qaz idxal etdiyi ikinci ölkə olub.

«Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı»nda  2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

2017-ci il noyabrın 27-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 191 min 379 ton məhsul təhvil verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan «www.data.gov.az»ın yeni versiyasında dövlət orqanlarının 650-dən çox məlumatı vətəndaşlar üçün açıq elan edilib.

Son 10 ildə Avropa İttifaqına üzv ölkələrin Azərbaycana yatırdığı investisiyaların həcmi 21 mil­yard ABŞ dolları təşkil edib.

Hazırda Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir və bu ölkə tərəfindən əsas kapitala 496,9 milyon ABŞ dolları həcmində investisiya qoyulub.