Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
28.11.2017

 

Prezident İlham Əliyev «Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» sərəncam imzalayıb.

Noyabrın 28-29-da Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək  Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransında Azərbaycan da təmsil olunacaq.

Dövlət başçısı «Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında» sərəncam imzalayıb.

Noyabrın 28-dən 30-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq «RecExpo III» sərgisində 14 ölkədən 150-dən çox tikinti və investisiya layihəsi təqdim ediləcək.

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında 8 Tvinninq layihəsinin icrasına hazırlıq gedir.

«Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi»nin razılaşdırılması prosesi başa çatıb.

Belarus Ticarət-Sənaye Palatasının «Belinterekspo» sərgi unitar müəssisəsi 2018-ci ildə Azərbaycanda sərgi təşkil etməyi planlaşdırır.

Gələn ilin fevral ayında Moskvada keçiriləcək «PRODEXPO 2018» Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçılardan müraciətlərin qəbulu bu il dekabrın 8-dək uzadılıb.

İsrailin məşhur televiziya verilişi «Open Skies» dünya turizmi və ənənəvi mətbəx haqqında hazırladığı silsilə proqramlardan birini Azərbaycana həsr edib.