Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
21.11.2017

 

«Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə» İşçi qrupun növbəti iclasında bu sahədə işlərin daha da təkmilləşdirilməsi yolları araşdırılıb.

Dekabrın 11-12-də Omanın paytaxtı Məsqət şəhərində keçiriləcək II Dünya Turizm və Mədəniyyət Konfransında Azərbaycan da təmsil olunacaq.

Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti ilə Çin Xalq Respublikasının Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında Ələt qəsəbəsində «Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi»nin yaradılması sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Azərbaycan noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 173-cü iclasına dəvət olunub.

Belarusda fəaliyyət göstərən «Azərbaycan Ticarət Evi»nin nümayəndələri ilə ixracatçılar arasında Bakıda keçirilən görüşdə Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və ixracın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Noyabrın 23-24-də Bakıda keçiriləcək «Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası» adlı II Bankçılıq Forumunda maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, nağdsız ödənişlərin həcminin artırılması istiqamətləri və digər bu qəbildən olan məsələlər müzakirə olunacaq.