Vergiler.az

Xəbərlər / Vergilər Nazirliyinin xidmət mərkəzi ən yaxşılardan biridir

Vergilər Nazirliyinin xidmət mərkəzi ən yaxşılardan biridir
21.11.2017

 

«Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin, eləcə də şəffaflığın təmin olunması istiqamətində görülən digər işlərin müntəzəm şəkildə monitorinqini aparır. Vergilər Nazirliyinin razılığı ilə Bakının Nəsimi rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində də monitorinq keçirilib və şəffaflıq, rahatlıq, operativlik, nəzakətlilik, məsuliyyət və vətəndaş məmnunluğu meyarları əsasında qiymətləndirmə aparılıb. Qiymətləndirmə nəticəsində bu xidmət mərkəzi dövlət qurumları arasında beş ən yaxşı xidmət mərkəzindən biri olub.