Vergiler.az

Xəbərlər / Rayonların əksəriyyəti öz qazandıqlarını xərcləyəcək

Rayonların əksəriyyəti öz qazandıqlarını xərcləyəcək
15.11.2017

 

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları, gənclər və idman, regional məsələlər və mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramovun bildirdiyinə görə, Azərbaycanın 33 rayon və şəhəri 2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək.

Qeyd olunub ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər cari illə müqayisədə 4 milyon manat çox - 651 milyon manat proqnozlaşdırılır. Gələn il rayon və şəhərlərin yerli xərcləri 424 milyon manat təşkil edəcək ki, bu da 2017-ci illə müqayisədə 3 milyon manat çoxdur. 2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər istisna olmaqla, qalan hissənin yerli xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclər üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1 faiz olacaq.