Vergiler.az

Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
15.11.2017

 

2018-ci ildə Azərbaycan iqtisadiyyatına 15,9 milyard manat həcmində investisiya qoyuluşu proqnozlaşdırılır.

Gələn il ölkənin turizm sektorunda 6,6%, sonrakı 3 ildə 6%; İKT sektorunda  5,1%, sonrakı illərdə isə 6%-dən çox artım olacağı gözlənilir.

Növbəti ildə dövlət və icmal büdcədən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün bütövlükdə 487 milyon manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 49,5% və ya 161 milyon manat çoxdur.

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda neft hasilatının 2040-cı ilədək stabil olaraq sutkada 700-800 min barel səviyyəsində qalacağını proqnozlaşdırır.

Cari ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 276 min 600 nəfərdən çox olub.