Vergiler.az

Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
07.11.2017

 

Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il  okt­yabr ayının 31-nə 5 mlrd. 200,7 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 195,2 mln. dollar və ya 29,84% çoxdur.

Azərbaycan müstəqilliyini əldə edəndən bu günə qədər ölkəmizdə 700 mln. ton neft hasil olunub.

Bu ilin yanvar-oktyabr aylarında  «Azəri-Çıraq-Günəşli» layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 195 milyon dollar vəsait daxil olub.

2017-ci ilin ilk doqquz ayında Bakı şəhəri üzrə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 20,1% artaraq 327,7 milyon manat təşkil edib.