Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
07.11.2017

 

Prezident İlham Əliyev «Azərbaycan Sənaye Korporasiyası» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinin qərarına  əsasən, Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib.

«Notariat haqqında» Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda notariuslara lazım olan məlumatları elektron sorğu vasitəsilə əldə etmək imkanı yaradılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Pirallahı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarların investisiya layihələrinin qəbuluna başlayır.

İtaliyanın «L’Opinione» qəzetində «Il Nodo di Gordio» beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marçilianonun müəllifi olduğu «Bakı-Tbilisi-Qars: yeni Avrasiya üfüqləri» başlıqlı məqalə dərc olunub.

Bu ilin sonuna qədər Bakıda alternativ teleqüllə istismara veriləcək