Vergiler.az

Xəbərlər / Gənclərin bilik və bacarıqları inkişaf etdirilir

Gənclərin bilik və bacarıqları inkişaf etdirilir
01.11.2017

 

Oktyabrın 26-da Vergilər Nazirliyinin Tədris Mərkəzində  «Könüllülər Parlamenti Azərbaycan- 2017» layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, «ASAN Könüllüləri»nin təşkilatçılığı və Tədris Mərkəzinin tərəfdaşlığı ilə gənclərin  siyasi analiz bacarıqlarını inkişaf etdirmək məqsədilə dörd günlük təlimlərə start verilib.

Layihənin əsas məqsədi gənclərin siyasi biliklərinin inkişafına təkan vermək və vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaq olub. Azərbaycan Respublikası Milli Məclisinin simulyasiyası əsasında təşkil olunan layihədə iştirakçılar müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi analiz bacarıqlarını göstərmək imkanı qazanıblar.

«Könüllülər Parlamenti Azərbaycan-2017» layihəsinə qəbul üç mərhələdən ibarət olub. Mərhələlərin hamısından uğurla keçmiş gənclər  bu sessiyalarda iştirak etmək hüququ qazanıblar.

Tədbir zamanı iştirakçılar yalnız simulyasiya ilə kifayətlənməyərək, bir neçə sosial aksiyalarda da iştirak ediblər.

Tədris Mərkəzi ilə ümumi tanışlıqdan sonra Parlamentin müxtəlif komitələrinin  simulyasıyasının təqdimatında qanun layihələrinin müzakirələri keçirilib, oyunlar təşkil olunub. Tədbirdə  Milli Məclisin deputatları, ziyalılar və ictimai xadimlər iştirak ediblər.