Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
25.10.2017

 

İqtisadiyyat Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad və Ciddə şəhərlərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun da

111 milyard dollarını xarici investisiyalar təşkil edir.

Azərbaycan Standartlaşdırma İnstitutu və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Standartlaşdırma Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

«Azərbaycan İnvestisiya Şirkəti» ASC və Ukraynanın «İndar» şirkəti arasında Pirallahı Sənaye Parkında 3 hektar ərazidə infuziya və inyeksiya məhlullarının beynəlxalq standartlara (GMP) uyğun istehsalı üzrə müəssisənin yaradılmasına dair razılıq əldə olunub.