Vergiler.az

Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
18.10.2017

 

Bu ilin 9 ayı ərzində ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə Azərbaycanda tütün məmulatlarının istehsalında 12,8% azalma, qida məhsullarının istehsalında 0,7%, içki istehsalında isə 26,9% artım müşahidə olunub.

ABŞ şirkətləri indiyədək Azərbaycana

12,7 milyard dollar dəyərində investisiya yatırıb, Azərbaycanın ABŞ-a yatırdığı investisiyaların həcmi isə 3 milyard dollara çatıb.

2017-ci ilin 9 ayı ərzində enerji sistemində

16 milyard 384,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 229,1 milyon kilovat-saat çoxdur.

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 7 dəfə artaraq 100 milyon dollar təşkil edib.

2017-ci ilin yanvar-sentyabr aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7% artaraq 101,0 min nəfər olub, orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 0,6% artaraq 803,1 manat təşkil edib.

2017-ci ilin 9 ayında Azərbaycana 1.243.346 nəfər əcnəbinin girişi, 1.241.005 nəfər əcnəbinin isə ölkədən çıxışı qeydə alınıb.