Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
18.10.2017

 

Oktyabrın 19-da Bakıda keçiriləcək «Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı - inkişaf perspektivləri» adlı birinci beynəlxalq konfransın işində Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, Rusiya, Estoniya, İngiltərə, Polşa, İsveçrə, Çin və digər ölkələrin nümayəndələri iştirak edəcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Belarusun Ticarət Sənaye Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

İtaliyanın «Edison» şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından hasil olunacaq təbii qazın alınmasına dair «Gas Natural Fenosa» şirkəti ilə müqavilə imzalayıb.

Məşhur «Freight business journal» onlayn jurnalı Bakı-Tbilisi-Qars dəmir yolu haqqında geniş məqalə dərc edib.

Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.