Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
11.10.2017


Oktyabrın 30-da Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimi keçiriləcək.

Belarus iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində oktyabrın 17-də Bakıda Azərbaycan-Belarus biznes-forumu işə başlayacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ölkənin aparıcı universitetlərində uğurlu iqtisadi islahatlara həsr olunan ictimai mühazirələrin təşkilinə start verib.

Fransanın  Belfort şəhərində «Alstom Transportation S.A.» şirkətinin «Azərbaycan Dəmir Yolları» QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib.

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze jurnalistlərə açıqlamasında bildirib ki, hazırda GUAM ölkələri arasında azad iqtisadi zonanın  yaradılması ilə bağlı ciddi danışıqlar gedir.

Oktyabrın 19-20-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Körfəz Dövlətlərinin Əməkdaşlıq Şurasının üzv ölkələrinin biznes-forumu keçiriləcək.