Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
14.09.2017

 

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları açıqlanıb.

«EXPO-2017 Astana» beynəlxalq sərgisində Azərbaycan pavilyonu mükafata layiq görülüb.

Azərbaycan Ticarət və Sənaye Palatasının dəstəyi ilə sentyabrın 23-25-də Bakı Expo Mərkəzində ilk dəfə «Shoesstar Caspian ayaqqabı və dəri malları» beynəlxalq sərgisi keçiriləcək.

«Zolotaya Korona» təcili pulköçürmə sistemi tərəfindən banklar arasında martın 15-dən avqustun 31-dək davam edən yarışmada «AtaBank» qalib gəlib.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir.

Azərbaycan və Ukrayna arasında elektron imzaların qarşılıqlı tanınması layihəsi müzakirə edilir.