Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
14.09.2017

 

Fransanın turizm üzrə ixtisaslaşmış Routard.com və Tourmag.com portalları Azərbaycanda elektron vizanın üç saata verilməsindən bəhs edən məlumatlar yayıb.

Sentyabrın 11-dən 16-dək Çinin Çendu şəhərində keçiriləcək Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyasının iştirakçılarının siyahısında Azərbaycan nümayəndə heyəti də var.

Azərbaycan sentyabrın 11-14-də Moskva şəhərində keçiriləcək «Worldfood Moscow» Beynəlxalq Ərzaq Sərgisinin eksklüziv partnyor ölkəsi seçilib.

Azərbaycan Banklar Assosiasiyasının nəzdində yaradılmış Bank Ombudsmanının rəsmi internet səhifəsi (www.bankombudsman.az) fəaliyyətə başlayıb.

Oktyabrın 1-4-də Macarıstanın paytaxtı Budapeşt şəhərinə təşkil olunacaq ixrac missiyasında Azərbaycan ixracatçıları da iştirak edəcək.