Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
16.08.2017

 

Azərbaycanla Çin arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq ipoteka girovluğunda olan əmlakın açıq bazarda satışı mümkün olacaq.

Kənd təsərrüfatında avqust ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 97,3 faizi, yaxud 915,7 min hektarı biçilib, həmin sahələrdən 2 milyon 628 min ton məhsul götürülüb .

Yanvar-iyul aylarında kimya sənayesi və əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 437,1 milyon manatlıq məhsul istehsal edilib.

Avqustun 15-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçirilən növbəti hərracda 17 dövlət əmlakından 6-sı kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsi olub.

Rusiyaya məxsus «AirBridgeCargo» yük aviaşirkəti Bakı-Honqkonq hava məkanından keçmək hüququ üçün yükdaşıma icazəsi alıb. Yük Moskva-Bakı-Honqkonq hava marşrutu ilə daşınacaq. Uçuşlar həftədə 4 dəfə həyata keçiriləcək.