Vergiler.az

Xəbərlər / Bütün müraciətlərə vaxtında baxılır

Bütün müraciətlərə vaxtında baxılır
09.08.2017

 

2017-ci ilin iyul ayında vergi orqanlarına 7930 - ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% çox müraciət daxil olub. 90,8%-i ərizə, 9%-i şikayət, 0,2%-i təkliflərdən ibarət olan müraciətlərin 36,1%-i kameral vergi yoxlamaları, 35,7%-i müxtəlif arayışların alınması, 8,8%-i vergi borcları, 3,4%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb və onların 74,2 %-i müsbət həll olunub.

Ay ərzində vergi orqanlarında ümumilikdə 383 vətəndaş qəbul edilib, onlara qanunvericilik çərçivəsində lazımi kömək göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, iyul ayında vergilər naziri Fazil Məmmədov tərəfindən Ağsu rayonunda Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan 33 vətəndaşı qəbul edilib.