Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
09.08.2017

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 98 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən isə məhsul idxal olunub.

Bu ilin ilk yarısında sığorta şirkətləri tərəfindən 276 milyon 158 min manatdan çox sığorta haqqı toplanılıb.

Bu ilin birinci yarısında Dövlət Neft Fondunun xarici valyuta satışları 1 milyard 687,6 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 ton 175 kiloqram (970 146 troya unsiyası) təşkil edir.

«Fulfillment by Amazon» (FBA) xidməti sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən çox anbarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edir.