Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
02.08.2017

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Pakistanın Ticarətin İnkişafı Qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Gələn ilin əvvəlində «SOCAR Polymer» MMC tərəfindən Kanada texnologiyası əsasında illik istehsal gücğü 180 min ton polipropilen və Avstriya texnologiyası əsasında illik istehsal gücü 120 min tonluq yüksək sıxlıqlı polietilen olan istehsal xətlərinin istismara verilməsi nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi ğzğn plastik tərkibli ehtiyat hissələri istehsalı yaradılacaq.

İyulun 31-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı kezirilib.

Azərbaycan ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında keçirilən danışıqlar nəticəsində iki ülkə arasında birbaşa aviareysin açılması barədə razılıq əldə edilib.

Sentyabrın 20-23-də İstanbulda keçiriləcək «CNR Food İstanbul 2017» Beynəlxalq qida sərgisində Azərbaycan da təmsil olunacaq.