Vergiler.az

Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
02.08.2017

 

İyulun 31-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə kezirilmiş növbəti depozit hərracında tələb 369,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Bu ilin altı ayında Dövlət Neft Fondunun vəsaiti ilin əvvəlinə nisbətən 1643,9 milyon dollar (büdcədənkənar gəlirlər 1288,8 milyon dollar daxil olmaqla) və ya 4,96%-dək artaraq 34.790,9 milyon dollar təşkil edib.

Cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 38 min ton (keçən il 30,4 min ton) quş əti və 382 milyon ədəd (keçən il 342,9 milyon ədəd) yumurta istehsal olunub.

2017-ci il iyulun 1-i vəziyyətinə ölkə çzrə müəssisələrin ümumi sayının 80,8%-ni kiçik müəssisələr təşkil edib.

Azərbaycanda indiyədək verilmiş 173 investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur.