Vergiler.az

Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
26.07.2017

 

2017-ci ilin ilk yarısında:

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı 75,7%, elektrik avadanlıqlarının istehsalı isə 84,2% artıb.

Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 3937,1 min ton təşkil edərək əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,9% artıb, sərnişin daşınmasında isə 21,3% artım qeydə alınıb.

İnşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0% artaraq 93,8 min nəfər olub, orta aylıq əməkhaqqı isə 821,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 282,7 milyon manat vəsait yönəldilib.

Ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabı istehsalı sahələrində 106,3 milyon manat dəyərində məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda yük daşınmasında 2%, sərnişin daşınmasında isə 34,5% artım müşahidə olunub.