Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
26.07.2017

 

Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Andrew’s Ties”, “Ballı” və “Resm” şirkətlərinin tərəfdaşlığı ilə üzv təşkilatların əməkdaşlarının motivasiyasını yüksəltmək və fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə “Xəzərin sahilində” adlı tədbir keçirib.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 1,500,000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı dövlət qeydiyyatına alınıb.

Dövlət başçısının müvafiq fərmanları ilə güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirilib.

Azərbaycan tərəfindən qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısına Rusiya başzılıq edib.

1 saylı “ASAN Kommunal” mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi fəaliyyətə başlayıb.

İyulun 24-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 676 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.