Vergiler.az

Xəbərlər / Fərdi sahibkarların sayı açıqlanıb

Fərdi sahibkarların sayı açıqlanıb
19.07.2017

 

Bu il iyulun 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 771 minə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə hər altı fərdi sahibkardan 5-i «Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq»; «Ticarət, nəqliyyat vasitələrinin təmiri», «Digər sahələrdə xidmətlərin göstərilməsi» və «Nəqliyyat və anbar təsərrüfatı» sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,1%), Aran (21,0%), Gəncə-Qazax (14,5%) və Lənkəran (10,2%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,4%-ni kişilər, 21,6%-ni isə qadınlar təşkil edib. Sahibkar qadınların 30,5%-i Bakıda, 18%-i Gəncə-Qazax, 17,9%-i Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.