Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
12.07.2017

 

İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresi çərçivəsində aparıcı neft-qaz şirkətləri sərgisində Azərbaycan bölməsi qurulub.

Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyinin təşkilatçılığı ilə Qazaxıstanın Astana şəhərində «EXPO 2017 - Gələcəyin enerjisi»beynəlxalq sərgidəki Azərbaycan pavilyonunda Milli Gün keçirilib.

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində «İxracın təşviqi proqramları və onların kiçik və orta sahibkarların inkişafına təsiri» mövzusunda seminara start verilir.

Aktivlərinin həcminə görə dünyanın ən böyük bankı olan Çin Sənaye və Kommersiya Bankı (Industrial and Commercial Bank of China - ICBC) Azərbaycanın bank sektoru ilə əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2017-ci ilin birinci yarısında qeyri-neft məhsulları üzrə yükaşırmada 43,5 faiz artım qeydə alınıb.