Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
10.01.2017

 

Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş milli iqtisadiyyatın strateji yol xəritələri Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirlərinə təqdim olunub.

Strateji Yol Xəritəsi: Azərbaycan dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevriləcək.

Həm işgüzar, həm də istirahət məqsədilə ölkəmizə gələn turistlər arasında beynəlxalq tanınmanın növbəti səviyyəsinə çatmaq və Bakı şəhərinin turizm potensialını artırmaq üçün Milli Turizm Təbliğat Bürosu yaradılacaq.

Bu il çəkilişinə başlanılacaq Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi Azərbaycan ilə İranın dəmir yollarını birləşdirməklə yanaşı, hər iki dövlətin idxal-ixrac əməliyyatlarını, ticarət dövriyyəsini artıracaq.

ABŞ-da dərc olunan məşhur «Forbes» jurnalında «Asiyada kommunikasiyaların bərpası: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi» sərlövhəli məqalə dərc edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi özəl sığorta şirkətlərinin iştirakı ilə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə sığorta fondunun yaradılması imkanlarını araşdırır.

Yaxın zamanlarda Moskvada Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyi açılacaq.

«The Sunday Times» portalının 2017-ci ildə turistlər üçün təklif etdiyi ölkələr sırasında Azərbaycan və Bakı haqqında ətraflı məlumatlar yerləşdirilib.

İtaliyanın «Eurasian Business Dispatch» portalında «Cənubi və Mərkəzi İtaliya şirkətlərinin Azərbaycana ixrac imkanları» adlı məqalə dərc olunub.