Vergiler.az



Xəbərlər / RƏQƏMLƏRİN DİLİ İLƏ

RƏQƏMLƏRİN DİLİ İLƏ
14.12.2016

 

2017-ci il dövlət büdcəsi xərclərinin 5 milyard 615 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşməsinə yönəldiləcək.

2016-cı ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi təqribən 5,21 milyard manat təşkil edib.

Azərbaycan Dövlət Neft Fondu Azəri-Çıraq-Günəşli yataqları üzrə bu ilin 11 ayında 4 mlrd. 577 mln. ABŞ dolları həcmində gəlir əldə edib. 

Asiya İnkişaf Bankının Direktorlar Şurası «Cənub Qaz Dəhlizi» layihəsi çərçivəsində Azərbaycanın «Şahdəniz» qaz yatağının işlənməsinin ikinci mərhələsinə 1 milyard dollar həcmində kredit ayrılmasını təsdiqləyib.

«Transxəzər» Beynəlxalq nəqliyyat marşrutu ğzrə konteyner qatarlarının sayının 2020-ci ilə kimi 1000 vahidə çatdırılması planlaşdırılır.