Vergiler.az



Xəbərlər / İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı danışıqlar davam edir

İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı danışıqlar davam edir
14.12.2016

 

«Azərbaycan və Malayziya hökumətləri arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya» ekspertlər səviyyəsində danışıqların birinci mərhələsi 2014-cü ilin noyabrında  Bakı şəhərində keçirilmişdi.

Ekspertlər səviyyəsində danışıqların ikinci mərhələsi isə bu ilin 14-18 noyabr tarixlərində Malayziyada keçirilmişdir. Danışıqlarda saziş layihəsinin bütün müddəaları üzrə ekspertlər səviyyəsində əsasən razılıq əldə edilmişdir. 

Görüşdə Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin Beynəlxalq müqavilələr şöbəsinin rəisi, idarə rəisinin müavini İlqar Əkbərli və həmin Baş İdarənin əməkdaşı Ceyhun İsmayılov iştirak etmişdir.