Vergiler.az



Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
14.12.2016

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən www.azexport.az saytı yaradılacaq.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi gələn il fevralın 26-dan martın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək «Gulfood» beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

Riqada keçirilmiş beşinci beynəlxalq elmi-praktik konfransda Azərbaycanın iqtisadi uğurları haqda məlumat verilib.

Britaniya Standartlar İnstitutu ilə Azərbaycanın yerli sertifikatlaşdırma orqanları arasında «İxracyönümlü məhsulların Avropa bazarına çıxarılmasına dair müştərək sertifikatlaşdırma fəaliyyətinin aparılmasına dair» Əməkdaşlıq Memorandumu imzalanacaq.

Rusiya və Azərbaycan poçt sahəsində əməkdaşlıq üzrə saziş imzalamağa hazırlaşır.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya rəsmi səfəri zamanı «BELAVTOMAZ» və «MTZ-Holdinq» şirkətlərinin rəhbərliyi «Gəncə Avtomobil Zavodu» İB ilə 2016-2017-ci illərdə avtomobil və traktor hissələrinin tədarükünə dair müqavilə imzalanıb.

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə işlərin 55 faizi görülüb.

Ləğv prosesində olan bankların qorunmayan əmanətlərinin ödənilməsinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan torpaqların düvriyyəyə qaytarılması barədə xüsusi qaydalar hazırlayıb.

Avropa Qonşuluq Alətinin 2015-ci il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində 14,5 milyon avro dəyərində «Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramı»nın Maliyyələşdirmə Sazişi imzalanıb