Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
07.12.2016

 

Dekabrın 19-20-də iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının 7-ci iclası Varşavada keçiriləcək.

Çinli iş adamları Qaradağ rayonunda fəaliyyət göstərən sənaye və emal müəssisələri ilə tanış olublar.

Pekində keçirilmiş «Mərkəzi Asiyada bir kəmər, bir yol və sabitlik, inkişaf» mövzusunda keçirilən forumda Bakı Limanı və Azad Ticarət Zonası barədə məlumat verilib.

Ölkəmizdə fəaliyyət göstərən sahibkarların və işgüzar dairələrin nümayəndələri dekabrın 3-4-də Türkmənistanın Aşqabad şəhərində pambıq məhsulları üzrə VI Beynəlxalq sərgi-yarmarkasında iştirak ediblər. 

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilir.

Dekabrın 9-da Azərbaycan Respublikası Auditorlar Palatasında «Daxili audit və korporativ idarəetmə sistemi» və «Biznesin (müəssisənin) qiymətləndirilməsi» mövzularında seminar keçiriləcək.