Vergiler.az

 

Vergi ödəyiciləri üçün praktiki vəsait istifadəyə verilib

Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) Vergi ödəyicilərinə  xidmət və şəffaf vergi partnyorluğu departamentinin məlumatları əsasında hazırlanan «Sabit vergi və onun tətbiqi» adlı yeni bölmə istifadəyə verilib. Bölmədə sabit vergi ilə bağlı məlumatlarla yanaşı, bunlarla da tanış olmaq mümkündür:

· sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında təqdimat;

2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» və «Nağdsız hesablaşmalar haqqında» qanunlara əsasən, ölkə ərazisində tütün məmulatlarının satışının nağdsız qaydada həyata keçirilməsi təsbit edilib. Qanuna əsasən, həmin məhsulların pərakəndə satışı istisna olmaqla, alğı-satqısı yalnız nağdsız qaydada aparılmalıdır. Pərakəndə satış mağazaları siqaret aldıqları topdansatış müəssisəsinin bank hesabına pul köçürməli, yaxud əməliyyatları bank kartları vasitəsilə həyata keçirməlidir. Qanunvericiliyin təkmilləşdirilməsinin əsas məqsədi aksizli malların satışı sahəsində şəffaflığa, ticarət obyektlərində uçot işinin düzgün təşkilinə nail

 

Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşlarının müvafiq vergi departamentləri və ərazi vergi orqanlarının rəhbər vəzifəli şəxsləri üçün təşkil etdiyi təlimlər başa çatıb. «Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu sahəsində aktual məsələlər» mövzusuna həsr edilmiş təlimlərdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş və Bakı şəhəri Lokal gəlirlər departamentlərinin 151 nəfər əməkdaşı iştirak edib. Tədris Mərkəzinin əməkdaşlarının ərazi vergi departamentləri və ərazi vergi idarələrində təşkil etdiyi təlimlərə isə 563 vergi orqanı əməkdaşı cəlb olunub. Üç həftə davam edən təlimlərdə vergi orqanlarının ümumilikdə 700-dən artıq əməkdaşı iştirak edib.