Vergiler.az

 

Azərbaycan Respublikasının vergilər naziri, birinci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) yerləşdirilmiş məqaləsində son aylar ölkəmizin vergi sistemində aparılmış islahatlar, vergi inzibatçılığındakı dəyişikliklərin əsas istiqamətləri ətraflı şəkildə şərh edilib. Məqalədə vergi siyasətinin tənzimləyici rolunun artırılması, əlverişli, şəffaf və cəlb­edici vergi mühitinin formalaşdırılması, vergi ödəyicilərinə güstərilən xidmətlərin təkmilləşdirilməsi və müasir korporativ idarəetmə sisteminin qurulması kimi məsələlərə aydınlıq gətirilib.

Ətraflı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə yardım göstərirlər.

Fevralın 24-də vergilər naziri Fazil Məmmədov Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əməkhaqqı fondundan ödənilən icbari

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli fərmanı ilə ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydası təsdiq edilib.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş DVM-i İlqar Xəlilov bildirib ki, aksizli mallara,  ərzaq məhsullarına,  dərman preparatları və tibbi ləvazimatlara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara, külçə şəklində qiymətli metallara, nəqliyyat