Vergiler.az

 

Son günlər kütləvi informasiya vasitələrində ölkə ərazisində göstərilən taksi xidmətlərinə görə 18 faiz dərəcə ilə əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı məlumatlar yer alıb. Bununla əlaqədar Vergilər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasında qanuni əsaslarla taksi fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri sərnişindaşıma xidmətləri ƏDV-yə cəlb edilməyən xidmətlərdir və bu xidmətlərin istehlakçısı olan vətəndaşlar taksi xidmətlərinin dəyərini ödəyərkən həmin məbləğə ƏDV daxil edilmir.

2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, yalnız Azərbaycan

 

Brüsseldə keçirilmiş Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Sammitində Azərbaycanın bu mötəbər qurumla əməkdaşlığı və perspektivləri ilə bağlı məsələlər nəzərdən keçirilib. Aİ-nin qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han bildirib ki, Şərq Tərəfdaşlığı Sammiti Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlıq üçün yeni istiqamətlər müəyyən edəcək. Hazırda Aİ ilə yeni sazişlə bağlı fəal danışıqlar davam etdirilir və sənədin gələn il təsdiq olunacağı nəzərdə tutulur. Saziş Aİ ilə Azərbaycan arasında əməkdaşlığı yeni mərhələyə çatdıracaq və iqtisadi sahədə yeni imkanlar yaradacaq.

Ətraflı

 

Rayonların iqtisadi potensialının artırılması, maliyyə xərclərini öz yerli resursları hesabına ödəməsi, aqropark və sənaye zonalarının yaradılmasında bölgələrdəki sahibkarların maliyyə imkanlarından istifadə edilməsi regionların inkişafı ilə bağlı yürüdülən siyasətin əsas tərkib hissələrindəndir. Prezident İlham Əliyev rayonların öz potensialından daha səmərəli istifadə etməsini vacib bir məsələ kimi qarşıya qoyaraq bildirmişdir ki, hər bir bölgə öz daxili resursları hesabına iqtisadi və sənaye potensialını gücləndirməyə çalışmalıdır: «Azərbaycan dövləti və hökuməti fəaliyyətini hər bir bölgə üzrə konkret plan, konkret proqram əsasında qurubdur. Hər bir bölgəyə dövlət