Vergiler.az

 

 Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller Azərbaycan rəsmiləri ilə işgüzar görüşlər keçirib.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Dünya Bankı arasında çoxşaxəli əməkdaşlıq infrastruktur, kənd təsərrüfatı və sosial sahələri əhatə edir.

 

Vergilər Nazirliyinin  Çağrı Mərkəzində «Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsinə dəstək» layihəsi çərçivəsində təlim təşkil edilib. Azərbaycan tərəfindən layihə rəhbəri, vergilər nazirinin müşaviri Elçin Məmmədov bildirib ki, yeni tvinninq layihəsinin icrasına başlanılması Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında səmərəli əməkdaşlığın real nəticəsidir. Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə vergi ödəyiciləri ilə münasibətlərin qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində irəliyə doğru növbəti mühüm

 

Vergilər Nazirliyində büdcə gəlirlərinin və mövcud vergi potensialının artırılmasının təmin olunmasına həsr olunmuş toplantı keçirilib

 

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri, nazirliyin  Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru İlqar Əhmədov bildirib ki, nazirliyin son kollegiya iclasının qərarının icrasını təmin etmək məqsədilə keçirilən kollegiyanın həmin qərarı ilə təsdiq olunmuş müxtəlif istiqamətlər üzrə işçi qrup­ların üzvləri, eləcə də nazirliyin aidiyyəti qurumlarının əməkdaşlarının iştirak etdiyi toplantının məqsədi