Vergiler.az

 

2017-ci ildən qüvvəyə minmiş əlavə və dəyişikliklər vergi ödəyicilərinə güzəşt və azadolmaların verilməsini, vergi ödəyicisinin vergi tutulan gəlirinin (mənfəətinin) müəyyən olunmasını, qeyri-rezidentlərin daimi nümayəndəlik yaratmadan Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin vergiyə cəlb olunmasının tənzimlənməsi kimi istiqamətləri əhatə edir.

Vergilər Nazirliyinin Hüquq departamentinin Hüquqi təminat şöbəsinin rəhbəri Günay Ağayevanın sözlərinə görə, vergi ödəyicilərinə güzəşt və azadolmaların verilməsi ilə bağlı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə edilən dəyişikliyə əsasən, yerli bank

 

2017-ci ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ötən illərdə olduğu kimi, 2017-ci ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Fonddan verilən məlumata görə, 2017-ci ilin ilk işgüzar forumu fevralın 16-da Şəmkir rayonunda keçirilib. 200-ə yaxın sahibkarın iştirakı ilə keçirilən tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb.

 

«Nağdsız hesablaşmalar haqqında» Qanun ölkəmizdə nağdsız əməliyyatların həcminin artması, bankların maliyyə vəziyyətinin yaxşılaşması, likvidliyinin təmin edilməsi, pul dövriyyəsinin tənzimlənməsi və büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın artırılması məqsədi daşıyır və bu qanunun tələblərindən irəli gələrək Vergi Məcəlləsində də müvafiq dəyişikliklər edilmişdir. Qanuna əsasən, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri ilə (mobil telefon aparatları, kompüter və digər avadanlıq), ödəniş terminalları