Vergiler.az



 

Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında dövlət başçısının imzaladığı fərman vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, bu sahəyə nəzarətin gücləndirilməsi və monitorinqin müasir innovasiyalardan istifadə etməklə təşkili məqsədini daşıyır. Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq və əmək müqaviləsi hüquqi qüvvəyə minmiş işçilərlə bağlı

 

Aprelin 26-28-də Vergilər Nazirliyində OECD nümayəndlərinin iştirakı ilə «Avtomatik məlumat mübadiləsi» mövzusunda seminar keçirilmişdir.

Tədbirin məqsədi maliyyə hesabları barədə məlumatların mübadiləsi üzrə xarici dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsi, bu sahədə görülən işlər və qarşıda duran məsələləri müzakirə etmək idi. Vergilər Nazirliyinin maliyyə məlumatları mübadiləsi üzrə xarici dövlətlərin səlahiyyətli orqanları ilə əməkdaşlıq barədə məlumat verən nazirliyin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktorunun müavini

 

Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri» mövzusuna həsr edilmiş «dəyirmi masa» keçirilmişdir. Tədbirdə Milli Məclisin, Dövlət Neft Şirkətinin, Azərbaycan Milli Elmlər Akademiyasının, müvafiq dövlət qurumlarının rəsmiləri, təhsil müəssisələrinin alim-pedaqoq heyəti, KİV və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər. 

Universitetin rektoru, professor Elxan Hüseynov qonaqları salamlayaraq diqqəti «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca