Vergiler.az

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  (ADNSU) rektoru Mustafa Babanlı II Startap və İnnovasiya Festivalında çıxış edərək deyib ki, rəhbərlik etdiyi təhsil ocağı «Made in Azerbaijan» brendi altında məhsullar istehsal edərək bazara çıxaracaq. Rektorun sözlərinə görə, indiyədək universitetin «eazi Start» Startap və İnnovasiya Mərkəzində onlarla layihə hazırlanıb. Festivalda təqdim olunan 20 layihənin özəlliyi onların prototipinin hazırlanmasıdır. ADNSU bu ilin sonunadək həmin layihələrdən bir necəsi üzrə istehsalın təşkil edilməsini və məhsulların «Made in Azerbaijan» brendi altında bazara çıxarılmasını planlaşdırır.

Ətraflı

 

Bu gün ölkəmizdə məşğul əhalinin sayı 4,6 milyon nəfərdən artıqdır. Bunun təxminən 1,5 milyon nəfəri muzdlu işçilərdir və onlar əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş işçilər hesab edilir. 1,6 milyon nəfər əhali isə kənd təsərrüfatı sahəsində çalışır. Həmin sayda insan fərdi sahibkarlıqla məşğul və ya üzünüməşğul əhalidir.

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhalinin əmək münasibətlərində problemlər mövcuddur, onların əmək münasibətlərini isə tənzimləmək hələ də mümkün deyil.

 

«Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nda dəyişiklik edilməsi haqqında» dövlət başçısı tərəfindən imzalanan  fərmana uyğun olaraq konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarət sistemi yaradılıb. Yeni sistemin tətbiqi qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin genişləndirilməsi istiqamətində aparılan islahatların tərkib hissəsidir. Konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarəti Dövlət Gömrük Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək.

Ətraflı