Vergiler.az

 

Dekabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov vergi qanunvericiliyinə  təklif edilən əlavə və dəyişikliklər haqqında məlumat verərək bildirib ki, təqdim edilmiş qanun layihələri nağd hesablaşmaların azaldılması, elek­tron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir. Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də

 

Ötən həftə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkəmizin 15 ali məktəbinin 300-dək tələbə və magistrantının iştirak etdiyi, Vergilər Nazirliyi və adıçəkilən təhsil ocağının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda sayca 10-cu olimpiada keçirilib.

UNEC-in rektoru Ədalət Muradov tədbir iştirakçılarını salamlayaraq hər il paytaxtdan və respublikanın digər bölgələrindən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatıldığını vurğulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu olimpiada gənclərin

 

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nüma­yəndələri üçün şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinə «Yaşıl dəhliz» prinsipi ilə göstəriləcək xidmətlərlə bağlı təqdimat mərasimi keçirilib

Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib ki, layihənin tətbiqində məqsəd şəffaflığa, innovativ xidmətlərə və sadə inzibatçılığa nail olmaqdır. Prezident İlham Əliyevin imzaladığı «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi