Vergiler.az



 

Ölkədə aparılan iqtisadi islahatlar kənd təsərrüfatının inkişafına canlanma gətirmişdir. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, buğda, çəltik, pambıq və tütün səpininə, sortlu toxum və tinglərin istehsalına və satışına, mineral gübrələrin güzəştli şərtlərlə satışına, mal-qaranın cins tərkibinin yaxşılaşmasına, müasir kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqların alınaraq istehsalçılara güzəştli şərtlərlə lizinqə verilməsinə,  habelə bu sahədə fəaliyyət göstərən sahibkarları güzəştli kreditlərlə təmin etməyə və digər tədbirlərə hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait yönəldilir. Bunun nəticəsidir

 

Daşınmaz əmlakın özəlləşdirilməsi və  idarə edilməsinin səmərəliliyinin artırılması, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində yeniliklərdən biri də «Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac» xidmətinin istifadəyə verilməsidir.  Yeni xidmət işə düşdükdən sonra dövlət əmlakını almaq istəyən şəxslərin özəlləşdirmə hərracında iştirak etmək üçün hərrac mərkəzlərinə gəlməsinə ehtiyac qalmayacaq. Bu elektron xidmətin tətbiqi nəinki Azərbaycanda, habelə dünyanın istənilən nöqtəsindən investorlara hərraclara qatılmağa imkan

 

Vergilər Nazirliyinin «Facebook» səhifəsində keçirilmiş «Vergiləri ödəyək - ordumuz qüdrətli olsun!» mövzusunda fotomüsabiqəyə yekun vurulub

 

Bir ay  davam edən müsabiqə zamanı iştirakçılar çəkdikləri fotoları nazirliyin elektron ünvanına göndəriblər və həmin yaradıcı fotolar təşkilatçılar tərəfindən seçildikdən sonra Vergilər Nazirliyinin «Facebook» səhifəsində yerləşdirilib. Müsabiqənin sonunda ən çox bəyənilən beş foto müəyyən edilib. Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin, həmçinin Vergilər Nazirliyinin nümayəndələrinin daxil olduqları münsiflər heyəti Tural Hüseynovu 1-ci yerə layiq görərək