Vergiler.az

Maraqlı

 

Yaponiyanın elektron məhsullar istehsalı sahəsində tanınmış «Hitachi» şirkəti çəkilişləri linzasız aparmağa qadir olan kameranın hazırlanması texnologiyasını təqdim edib. Şirkətin məlumatına görə, yeni texnologiya çox nazik korpusa malik daha ucuz kameraların hazırlanmasına imkan yaradacaq. Həmin kameralar avtomat idarəetmə sisteminə malik avtomobillər və robotlar daxil olmaqla müxtəlif istiqamətlərdə istifadə ediləcək.

Şirkətin tədqiqatçılarının bildirdiyinə görə, bu kameralarda linza əvəzinə sensordan daxil olan görüntünü çəkməyə qadir xüsusi qeydiyyat lenti yerləşdiriləcək. Bu texnologiyanın tətbiqi

 

Bakı Sağlamlıq Mərkəzində «Ümumdünya antibiotiklərdən səmərəli istifadə həftəsi» ilə əlaqədar keçirilmiş maarifləndirici seminarda qeyd olunub ki, kampaniyanın məqsədi antibiotiklərə qarşı davamlılıq kimi qlobal bir problemə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatları əhalinin geniş təbəqəsinin, o cümlədən səhiyyə işçilərinin və siyasi qərarlar verəcək şəxslərin nəzərinə çatdırmaqdır. Ötən ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının 68-ci sessiyasında antibiotik və digər dərman preparatlarına davamlılıq probleminin həlli üçün Qlobal Fəaliyyət Planı razılaşdırılıb. Bu planın əsas məqsədlərindən biri effektiv

 

2016-cı il müşahidə tarixində ən isti il ola bilər. İlkin məlumata görə, orta qlobal temperatur sənayeləşmə dövrünə qədər olan göstəriciləri Selsi üzrə 1,2 dərəcə ötüb. Bu məlumat Dünya Meteorologiya Təşkilatının BMT-nin «İqlim dəyişmələri haqqında» Çərçivə Konvensiyası iştirakçılarının Mərakeşdə keçirilən konfransına təqdim etdiyi məruzədə yer alıb. Təşkilatın ekspertlərinin fikrincə, 17 rekord isti yaydan 16-sı bu əsrin payına düşür. Onlar, həmçinin, uzunmüddətli istiləşməyə və atmosferdə istixana qazları konsentrasiyasının artmasına dair rekord göstəricilər barədə məlumat veriblər.

Ətraflı