Vergiler.az

Maraqlı

 

«O adamı ağıllı hesab etmək olar ki, onun qarşıya qoyduğu planları əksər hallarda özünü doğruldur».

 

Əbğl Fərəc (1226-1286)

 

 

Çin ilk karqo kosmik gəmisi olan «Tianzhou-1»-i orbitə göndərir. Kosmik gəmini orbitə «Long March-7 Y2» daşıyıcı raketi aparacaq. Yerli medianın yazdığına görə, raket ölkənin cənubundakı Xaynan adasında yerləşən Vençan kosmik bazasından buraxılacaq. Orbitdə «Tiangong-2» kosmik laboratoriyası ilə birləşəcək «Tianzhou-1» 6 tondan yuxarı yük daşıya bilir.Uzunluğu 10,6, diametri 3,35 metr olan karqo kosmik gəmisi orbitdə bir neçə eksperiment də aparacaq.

 

Litoterapiya alternativ təbabətin inkişafında yeni bir sahə sayılır və onu bəzən XXI əsrin təbabəti də hesab edirlər. Litoterapiya təbii daşların orqanizmə kimyəvi deyil, energetik təsirini öyrənir. Əslində, litoterapiya anlayışı geniş mənada daş, metal, lil, gil və mineral sularla müalicəni əhatə edir. Belə hesab edilir ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlarla müalicə ilk dəfə Hindistanda tətbiq edilib. Son illər Fransa, Almaniya və digər ölkələrdə onun öyrənilməsinə böyük maraq göstərirlər.

Daşların magik və müalicəvi təsir